Fəhlə iş vaxtı torpağın altında qalıb öldü

img

Sumqayıtda fəhlə iş vaxtı bədbəxt hadisə nəticəsində ölüb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Rezonans.az-a bildirilib ki, yanvarın 18-i saat 10 radələrində Sumqayıt şəhəri ərazisində “Archico” MMC-də fəhlə işləyən 1977-ci il təvəllüdlü Nazim Bağırov kanalizasiya xətti çəkilişi zamanı torpaq uçqunu altında qalıb. O, hadisə yerində vəfat edib.

Faktla bağlı şəhər prokurorluğunda araşdırma aparılır.

Xəbəri paylaş: