"Din bayrağı altında mürtəce ideyalarını yeridənlər var" - Fəzail İbrahimli

img

Milli Məclisdə ölkədəki dini vəziyyətlə bağlı dinləmə keçirilməsi təklif edilib. 

Rezonans.az xəbər verir ki, bu təkliflə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov çıxış edib. 

Deputat dini sahədə müəyyən proseslərin getdiyini nəzərə alaraq təklifin gündəmdə qalmasını istəyib.

Komitə sədri Fəzail İbrahimli deputatın bu təklifinin nəzərə alınacağını bildirib. O qeyd edib ki, din bayrağı altında mürtəce ideyalarını yeridənlər var.

Xəbəri paylaş: