Səbaildə qadın ov tüfəngi ilə vuruldu

img

Bakının Səbail rayonunda qadına ov tüfəngi ilə xəsarət yetirilib.

Baş Prokurorluqdan Rezonans.az-a bildirilib ki, Cəmilə Məmmədovaya ov tüfəngindən atəş açılmaqla xəsarət yetirilməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə istintaq aparılır.

İlkin istintaqla cinayətin Rəşad Əsədzadə tərəfindən aralarında yaranmış mübahisə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Xəbəri paylaş: