ETSN yanında İctimai Şuranın üzvləri ilə görüş keçirilib

img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın yeni üzvləri ilə görüş keçirilib.

Rezonans.az xəbər verir ki, görüşdə İctimai Şuranın “Yaşıl dünya naminə həmrəylik” ilində, eyni zamanda COP 29 tədbirinə ölkəmizin ev sahibliyi edəcəyi bu ildə fəaliyyət istiqamətləri, ətraf mühitin mühafizəsində vətəndaş cəmiyyətinin dəstəyi, icitmaiyyətlə əlaqələrin daha sıx qurulması, maarifləndirmə tədbirlərinin genişləndirilməsi məsələləri müzakirə olunub.

COP29 ilində Nazirlik yanında Şurada ictimai nəzarəti həyata keçirəcək ekoloji yönümlü QHT korpusunun üzvləri Nazirliyin fəaliyyətinin bütün sahələrində yaxından iştirak edəcəklərini, ətraf mühitlə bağlı məsələlərin ictimai müzakirəsinin daha səmərəli təşkilinə xidmət göstərəcəklərini bildiriblər.

Qeyd edək ki, 15 yanvar 2024-cü il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib və 13 nəfərdən ibarət yeni tərkib formalaşıb.

Xəbəri paylaş: