Ərdoğanın hədiyyəsini kosmosa aparacaq

img

Türkiyə vətəndaşı Alper Gezeravcı da daxil olmaqla 4 nəfərlik heyət bu gecə kosmosa səfər edəcək.

Rezonans.az xəbər verir ki, Gazeravcı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ona hədiyyə etdiyi türk bayrağını da özü ilə birlikdə aparacaq.

 Ekipaj üzvlərini daşıyacaq olan “SpaceX Dragon” kosmik gəmisinin səfəri Türkiyə vaxtı ilə gecə saat 00.49-a planlaşdırılır.

Gezeravcı Beynəlxalq Kosmik Stansiyada 14 gün ərzində müxtəlif elmi missiyaları yerinə yetirəcək.

4 nəfərlik ekipajda ABŞ və İspaniyanı təmsil edən missiya rəhbəri Michael Lopez-Alegria, İtaliya Hərbi Hava Qüvvələrindən pilot Valter Villadei və Avropa Kosmik Agentliyi adından iştirak edən isveçli Markus Wandt da var.

Xəbəri paylaş: