Siyan-İstanbul reysi ilə uçan təyyarə təcili Bakıya eniş etdi

img

"National Airlines” aviaşirkətinin Siyan-İstanbul reysini həyata keçirən hava gəmisinin kapitanı texniki səbəbdən Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

Bu barədə Rezonans.az-a Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ABŞ aviadaşıyıcısının təyyarəsi yerli vaxtla saat 07:23-də Bakı hava limanına təhlükəsiz eniş edib.

Hazırda yaranmış texniki nasazlığın aradan qaldırılması məqsədilə bütün lazımi tədbirlər görülür.

Xəbəri paylaş: