Azərbaycanın “İnterpol”la axtardığı şəxslər Türkiyədə saxlanılıb

img

Türkiyənin 13 vilayətində 12 ölkə tərəfindən İnterpolun “qırmızı bülleten”i ilə axtarışda olan 42 şübhəli şəxs saxlanılıb. 

Rezonans.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyənin daxili işlər naziri Ali Yerlikaya açıqlayıb.

Sözügedən şəxslər “Kafes-31” əməliyyatı çərçivəsində saxlanılıb və Azərbaycan, Almaniya, Bosniya və Hersoqovina, İran, İsveç, Finlandiya, Qazaxıstan, Qırğızıstan, Misir, Rusiya, Türkmənistan və Özbəkistan tərəfindən İnterpolun “qırmızı bülleten”i ilə axtarışda olublar. Onlar mütəşəkkil cinayətkarlıqla məşğul olan təşkilata üzv olmaq, qanunsuz silah ticarəti, narkotik maddə ticarəti, qəsdən adam öldürmə, miqrant qaçaqmalçılığı, oğurluq və s. cinayətlərdə şübhəli bilinirlər.

Əməliyyatın davam etdiyi bildirilir.

Xəbəri paylaş: