Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir

img

Xəbər verdiyimiz kimi, 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Parlament prospekti ilə kəsişən və birləşən küçələrdə avtomobillərin hərəkətinə məhdudiyyətlər tətbiq ediləcək.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Rezonans.az-a verilən məlumata görə, məhdudiyyət səbəbindən 11 marşrut avtobusunun hərəkət istiqaməti dəyişdiriləcək.

Bildirilib ki, məhdudiyyətlərə uyğun olaraq 3, 6, 10, 18, 31, 37, 39, 53, 77, 96 və 205 nömrəli müntəzəm marşrutların hərəkəti alternativ küçələrlə təşkil ediləcək.

Xəbəri paylaş: