Qəbələdə 20 Yanvar faciəsinin 34-cü il dönümü qeyd olundu

img

Qəbələ rayonunda “20 Yanvar – Ümumxalq Hüzn Günü” münasibətilə şəhidlər xiyabanı ziyarət edilib.


Rezonans.az xəbər verir ki, “20 Yanvar – Ümumxalq Hüzn Günü” ilə əlaqədar rayon icra hakimiyyətinin hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların əməkdaşları, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibə iştirakçıları, qazilər və rayon ictimaiyyətinin nümayəndələri Qəbələ Rayon Şəhidlər Xiyabanı  kompleksini ziyarət edərək, şəhidlərin xatirəsini böyük ehtiramla yad etmiş, məzarların üzərinə və xatirə lövhələrinin qarşısına  gül dəstələri düzmüş, şəhidlərin ruhuna dualar oxunmuşdur. 


“20 Yanvar – Ümumxalq Hüzn Günü” ilə bağlı saat 12:00-da Qəbələ rayonu ərazisində şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Xəbəri paylaş: