Biləsuvarda 11 nəfər dəm qazından zəhərləndi

img

Biləsuvarda dəm qazından kütləvi zəhərlənmə olub.

Bu barədə Rezonans.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, yanvarın 21-i gün ərzində Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına dəm qazından zəhərlənmə şübhəsi ilə 11 nəfər müraciət edib.

Zəhərlənənlərin hər birinə zəruri tibbi yardım göstərilib və onlar ambulator müalicə üçün evə buraxılıblar.

Xəbəri paylaş: