8 dərəcəyədək şaxta olub - Faktiki hava

img

Yanvarın 22-si saat 13:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Ximdətindən Rezonans.az -a bildirilib ki, yanvarın 22-si saat 13:00-a olan məlumata əsasən şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında 28 m/s, Naftalanda 20 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 3.6 metrdir.

Daşkəsən, Göygöl, Şəki, Şahdağ, Qax, Astaranın dağlıq ərazilərində qar, Naftalan, Gəncə, Şəmkir, Ceyrançöl, Tovuz, Ağdam, Balakən, Oğuz, Qəbələ, Zaqatala, İsmayıllı, Quba, Tərtər, Mingəçevir, Yevlax, Bərdə, Göyçay, Yardımlı, Lerik, Lənkəran, Astarada yağış yağıb.

Havanın temperaturu

Bakıda və Abşeron yarımadasında 4, Naxçıvan MR-da 7, Aran rayonlarında 6 dərəcəyədək isti, dağlıq rayonlarda 2-4 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə isə 8 dərəcəyədək şaxta olub.

Xəbəri paylaş: