Bakıda zəncirvari qəza baş verib.
Rezonans.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat xidməti məlumat yayıb.
Belə ki, bu gün saat 10:15 radələrində ADY-yə məxsus yük qatarı Əhmədli stansiyasının dalan yolunda manevr edərkən dəmiryol xəttinə yaxın məsafədə qanunsuz park edilmiş 99-FJ-595 nömrəli avtomobil qatara ilişib və yaxınlıqda dayanmış digər 7 maşınla toqquşub.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
“ADY bir daha nəqliyyat vasitələri sürücülərinin diqqətinə çatdırır ki, dəmiryol xətlərinə yaxın parkinq edərkən ən azı 3 metr məsafə saxlanılmalıdır!”, - məlumatda deyilir.