Beynəlxalq axtarışda olan 108 nəfərin yeri müəyyən edilib

img

Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilən 108 şəxsin yeri müəyyən edilib.

Rezonans.az xəbər verir ki, bu haqda Daxili İşlər Nazirliyində ötən ilin yekunlarına dair keçirilən Kollegiya iclasında bildirilib.

İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilmiş 108 nəfərin, bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 53 nəfərin yeri ötən il ərzində müəyyən olunub.

Xəbəri paylaş: