Şəki şəhərinin sakinləri "Açıq mikrofon"da

img


"Regionlarda təşkil olunan "Səyyar qəbul otağı"nın müsbət nəticəsi kimi Şəki şəhərinin 118 və 119-cu kvartallarının qazlaşdırılması istiqamətində adıçəkilən ərazilərə artıq mal-material gətirilib. Yaxın zamanda həmin ərazidə qazlaşma işlərinə başlanılacaq.Bu gün isə "Açıq mikrofon" aksiyası 120 və 121-ci kvartalların sakinlərinin ixtiyarındadır". 


Rezonans.az xəbər verir ki, bunu Zaqatala RQİİ-nin rəisi aksiya zamanı çıxışında bildirib. Daha sonra sakinlər müraciətlərini ünvanlayıblar. 120 və 121-ci kvartalların sakinləri də tezliklə mavi yanacaqla təmin olunmalarını xahiş ediblər. Aksiyaya, həmçinin Şəkinin kəndlərindən də sakinlər qatılıb.


Bolludərə və Qaratorpaq kəndlərindən gələnlərin də müraciətləri qazlaşdırılma ilə bağlı olub. Zaqatala RQİİ-nin rəsmiləri səslənən bütün müraciətləri qeydiyyata alıblar.

Xəbəri paylaş: