ÜST qızılca ilə bağlı çağırış etdi

img

2024-ün ilk ayında Avropada qızılcaya yoluxma hallarında 30 dəfə artım olub.

Rezonans.az xəbər verir ki, bununla bağlı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Bildirilib ki, hallar hələ də artmaqdadır və daha da yayılmasının qarşısını almaq üçün təcili tədbirlər lazımdır.

İnfoqrafikada 2023-cü ildə 30,000-dən çox insanın qızılcaya yoluxduğu qeyd olunub.

Bildirilib ki, milyonlarla valideyn və baxıcı ilə əlaqə saxlanılıb uşaqların qızılcaya qarşı tam peyvənd olunmasını təmin etmək üçün görüşlər təşkil edilir:

“Uşaqları bu potensial təhlükəli xəstəlikdən qorumağın yeganə yolu peyvənddir”.

Xəbəri paylaş: