Moldovanın XİN rəhbəri istefa verdi

img

Moldovanın Baş nazirinin müavini və xarici işlər naziri Nikolay Popesku istefa verdiyini açıqlayıb.

Rezonans.az xəbər verir ki, bu barədə məlumatı TASS yayıb.

“Ölkə Prezidenti Maya Sandu tərəfindən xarici siyasət sahəsində qarşıya qoyulan tapşırıqları uğurla yerinə yetirdikdən sonra Baş nazirin müavini və xarici işlər naziri vəzifəsindən istefa verdiyimi və bu mərhələdə fasiləyə ehtiyacım olduğunu bəyan edirəm”, - deyə Popesku mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, vəzifəsindən getdikdən sonra da Avropaya inteqrasiya prosesində hökumətə və öz komandasına dəstək verməyə davam edəcək. 

Xəbəri paylaş: