MEDİA-nın Müşahidə Şurası təsdiqləndi

img

“Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibi təsdiq edilib.

Rezonans.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, MEDİA-nın Müşahidə Şurasının tərkibi aşağıdakı kimi təsdiq edilib:

Müşahidə Şurasının sədri

İsmayılov Dağbəyi Mirzəxan oğlu.

Müşahidə Şurasının üzvləri:

Əliyev Vüqar Zifər oğlu;

Mehrəliyeva Şəfəq Akif qızı;

Mikayılova Sevil Əlirazı qızı;

Şıxlinskiy Elçin İsmayıl oğlu.

Xəbəri paylaş: