Yaponiyanın Azərbaycanda yeni təyin olunan səfiri ilə görüş keçirilib

img

Yaponiyanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri cənab Katsuya Vatanabe ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.

Rezonans.az xəbər verir ki, görüşdə iki ölkə arasında ətraf mühitin mühafizəsi, gələcək əməkdaşlıq imkanları müzakirə edilib. 

Ölkəmizin bu il ev sahibliyi edəcəyi mötəbər tədbir olan COP29, Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyası və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyası ətrafında fikir mübadiləsi aparılıb.

Xəbəri paylaş: