“Qarabağda sülhməramlıların fəaliyyətinin Ermənistana aidiyyəti yoxdur” - Lavrov

img

“Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsi məsələsinin Ermənistan tərəfinə aidiyyəti yoxdur. Bu Moskva və Bakının məsələsidir”.

Rezonans.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Təhlükəsizlik Şurasının tədbirində iştirakdan sonra keçirilən mətbuat konfransında dilə gətirib:

“Hər kəs Qarabağı Azərbaycan ərazisi kimi tanıyandan sonra da bizim Qarabağda faktiki olaraq sülhməramlılarımız var. Amma bu məsələ artıq Ermənistana aid deyil. Bu, Rusiya və Azərbaycan arasında ikitərəfli münasibətlər məsələsidir”.

Xəbəri paylaş: