Daha 30 ailə Füzuliyə köçür

Daha 30 ailə Füzuliyə köçür

Bu gün Füzuli şəhərinə növbəti köç olacaq.

Rezonans.az xəbər verir ki, Bakının Qaradağ rayonu Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış “Qobupark-3”də daha 30 ailə (104 nəfər) Füzuliyə yola salınacaq.

Qeyd edək ki, 470-ə yaxın ailənin (1 750 nəfər) Füzuli şəhərində məskunlaşdırılması təmin olunub.

Xəbəri paylaş: