“Rusiya Ukraynadakı məqsədləri diplomatik yolla həll etməyə hazırdır”

img

“Rusiya Ukraynadakı məqsədlərinə diplomatik yolla nail olmağa hazır olduğunu dəfələrlə bildirib”.

Rezonans.az xəbər verir ki, bunu Kremlin rəsmi sözçüsü Dmitri Peskov “Bloomberg” agentliyinə açıqlamsında deyib.

“Prezident Putin dəfələrlə qeyd edib ki, Rusiya Ukrayna ilə bağlı danışıqlara açıq olub və olacaq. Biz qətiyyətlə qarşıya qoyulan məqsədlərə nail olmaq niyyətindəyik. Bunu diplomatiya yolu ilə etməyə üstünlük verərdik, lakin bu mümkün olmazsa, hərbi əməliyyat məqsədlərə nail olunana qədər davam ediriləcək”, - deyə Peskov vurğulayıb.

Xəbəri paylaş: