Bir ildə 38 prokurorluq işçisi cəzalandırılıb

img

2023-cü ilə 38 prokurorluq əməkdaşı barəsində intizam tənbeh tədbiri tətbiq edilib.

Rezonans.az xəbər verir ki, bu sözləri ötən illin yekunlarına və qarşıda duran vəzifələrə həsr edilmiş kollegiya iclasındakı çıxışı zamanı Baş prokuror Kamran Əliyev deyib.

K. Əliyev bildirib ki, 2023-cü ildə 30 prokurorluq işçisi və 8 dövlət qulluqçusu barəsində intizam tənbeh tədbiri tətbiq edilib:

“Onlardan 7 nəfər vəzifədən azad olunub, 2 nəfər prokurorluq orqanlarından xaric edilib.

Həmçinin, 2023-cü ildə 57 şəxs işə qəbul edilib, 355 şəxs isə həvəsləndirilib”.

Xəbəri paylaş: