
Nazirlər Kabineti “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxsin strukturunun, işçilərinin say həddinin təsdiq edilməsi və əməyin ödənişi fondunun müəyyən edilməsi haqqında” qərarında dəyişiklik edib.
Rezonans.az xəbər verir ki, qərara əsasən, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxsin işçilərinin əməkhaqlarının məbləği (vəzifə maaşı, vəzifə maaşına əlavələr, mükafatlar və digər ödənişlər) yeni redaksiyada təsdiqlənib:
Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxsin işçilərinin əməkhaqlarının məbləği (vəzifə maaşı, vəzifə maaşına əlavələr, mükafatlar və digər ödənişlər)
Sıra №-si |
Vəzifələrin adı | Əməkhaqlarının məbləği | |
aylıq vəzifə maaşı (manatla) | mükafat (manatla) | ||
1. | Direktor | 2100 |
İl ərzində 2 (iki) aylıq vəzifə maaşı həcmində |
2. | Direktor müavini | 1850 | |
3. | Şöbə müdiri | 1500 | |
4. | Baş mütəxəssis, baş mühasib | 1300 | |
5. | Aparıcı mütəxəssis | 1150 | |
6. | Mütəxəssis | 1000 |