Kəmaləddin Heydərov Hacıqabulda qəbul keçirdi

img

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu gün Hacıqabulda Hacıqabul və Şirvan sakinlərinin qəbulunu keçirib.

Rezonans.az xəbər verir ki, rayonun Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında keçirilən qəbulda sakinlərin müraciətlərinin əksəriyyəti yerindəcə öz həllini tapıb. Bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib.

Fövqəladə hallar naziri ilə yanaşı, nazir müavinləri və nazirliyin müvafiq struktur bölmələrinin rəhbərləri də vətəndaşları qəbul edib.

Qəbula gələn vətəndaşlar onların müraciətlərinə yerində və operativ yanaşılması üçün yaradılan şəraitə görə ölkə Prezidentinə minnətdarlıq ediblər.

Xəbəri paylaş: