Sahibkarlar Düz Qırıqlı kəndində müraciətlərini ünvanladı

img

Həftənin sonuncu “Açıq mikrofon” aksiyası Tovuz rayonunda fəaliyyət göstərən sahibkarların ixtiyarında olub. 


Rezonans.az xəbər verir ki, düz Qırıqlı kəndində baş tutan “Səyyar qəbul otağı”nda ümumilikdə 4 müraciət ünvanlanıb. 


Bunlardan da 1-i  istixanaya gedən qaz xəttindən digər istixana üçün quraşdırılan qaz sayğacının ayrılmasından ibarət olub. 2 müraciətdə isə debitor borcun ödənilməsində növbəti ayın sonunadək möhlət istənilib. Şəmkir RQİİ-nin rəhbər şəxsləri aksiyada səslənən problem və təkliflərin aidiyyəti üzrə yönləndiriləcəyini qeyd ediblər.

Xəbəri paylaş: