Beynəlxalq Ədalət Məhkəməsi İsraildən bunu tələb etdi

img

Beynəlxalq Ədalət Məhkəməsi İsrailin Qəzzada fələstinlilərə qarşı soyqırımın qarşısını almaq üçün hərəkətə keçməli olduğuna dair qərar verib. 

Rezonans.az Reuters-ə istinadən xəbər verir ki, məhkəmə İsraildən dərhal atəşkəs barədə razılığa gəlməyi tələb edib.
Həmçinin İsrailin bir ay ərzində bu qərarın həyata keçirilməsi üçün atdığı addımlar barədə məlumat vermək məcburiyyətində olduğu qeyd olunub.

Qeyd edək ki, Cənubi Afrika Respublikası 2023-cü ilin dekabrında İsraili Soyqırımın Qarşısının Alınması Konvensiyasını pozmaqda ittiham edərək Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etmişdi.

Xəbəri paylaş: