Bakı-Qazax magistral yolunda zəncirvari avtomobil qəzası olub, xəsarət alanlar var

img

Yanvarın 27-si axşam saatlarında Bakı – Qazax – Qırmızı körpü avtomagistiralının Ağstafa rayon Qarahəsənli kəndi ərazisindən keçən hissəsində asfalt örtüyünün buz bağlaması nəticəsində müxtəlif marka və qabaritli bir neçə avtomobilin toqquşması ilə sonuclanan yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Rezonans.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov açıqlayıb.

Hadisə ilə əlaqədar dərhal Ağstafa Rayon Polis Şöbəsinin və Baş Dövlət Yol Polisi İdarəsinin 9-cu Tağımının əməkdaşları həmin ünvana gələrək hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə bir sıra tədbirlər həyata keçirib.

Bildirilib ki, hadisə nəticəsində iki nəfər yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş: