Ukraynalıları daşıyan avtobus aşdı, 20 nəfər yaralandı

img

Polşada Ukraynadan gələn sərnişin avtobusu aşıb.

Rezonans.az xarici mətbuata istinadən xəbər verir ki, avtobusda 59 sərnişin və iki sürücü olub. Onların hamısı Ukrayna vətəndaşlarıdır.

Sərnişinlərdən 20 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Xəbəri paylaş: