ABŞ hərbi bazasına PUA hücumu - Ölən və yaralılar var

img

Yanvarın 28-də İordaniyanın şimal-şərqindəki ABŞ hərbi bazasına pilotsuz uçuş aparatı ilə hücum edilib. 

Rezonans.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb. 

Bildirilib ki, PUA zərbəsi nəticəsində 3 amerikalı hərbçi həlak olub, bir neçə nəfər yaralanıb. 

"Yaralı amerikalı əsgərlərin sayı azı 34-ə çatıb. Daha yaxşı tibbi xidmət göstərmək üçün səkkiz yaralı hərbçini İordaniyadan təxliyə etmək lazımdır", - bəyanatda deyilir

Xəbəri paylaş: