Qanunsuz saxlanılan odlu silahlar götürüldü

img

Vətəndaşlarda qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi  və könüllülük prinsipi əsasında təqdim olunması məqsədilə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin  mətbuat xidmətinin Şəki regional qrupundan Rezonans.az-a verilən məlumata görə, Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son günlər ərzində bu istiqamətdə keçirilən tədbirlər zamanı rayon sakinlərindən qanunsuz olaraq saxladıqları 6 tüfəng aşkarlanaraq götürülüb.

Həmçinin, aparılan profilaktiki tədbirlər nəticəsində isə 1 odlu silah könüllü olaraq polisə təhvil verilib.

Xəbəri paylaş: