Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 200 m² (hər mərtəbəsi 100 m²) olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsinin 1 otağında 1 ədəd yumşaq mebel dəsti yanıb.
Rezonans.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Yüksək temperaturdan 1 ədəd kondisioner və 1 ədəd televizor qarsalanıb.
Yanğın zamanı 1 nəfər xəsarət alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.