Türkiyədə balıqçı qayığı batdı - 3 ölü, 5 yaralı

img

Türkiyənin İzmir şəhərinin sahillərində içərisində balıqçıların olduğu qayıq batıb.

Rezonans.az “Haberler”ə istinadən xəbər verir ki, İzmirin Dikili bölgəsində baş verən hadisə nəticəsində həlak olan 3 nəfərin cəsədi tapılıb.

Qayıqda ümumilikdə 10 nəfərin olduğu bildirilir. Hazırda 2 nəfərin axtarışları davam etdirilir. Digər 5 nəfər isə yaralı olaraq xilas olub.  

Sahil mühafizə xidməti hadisə yerinə 3 kater və helikopter göndərib.

Xəbəri paylaş: