Mərkəzi Bank uçot dərəcəsini endirdi

img

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsi il bağlı növbəti qərarını açıqlayıb.

Rezonans.az AMB-yə istinadən xəbər verir ki, uçot dərəcəsi 8%-dən 7.75%-ə, faiz dəhlizinin aşağı həddi 6.5%-dən 6.25%-ə, faiz dəhlizinin yuxarı həddi isə 9%-dən 8.75%-ə endirilib.

Bildirilib ki, bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf dəhlizində (4±2%) olması, inflyasiya gözləntilərinin stabilləşməsi, eləcə də valyuta bazarında vəziyyət nəzərə alınmaqla verilib.

Qərar 1 fevral 2024-cü ildən qüvvəyə minir.

Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat ictimaiyyətə 2024-cü il martın 28-də açıqlanacaq.

Xəbəri paylaş: