NATO Rusiya sərhədi yaxınlığında təlimlərə başlayır

img

NATO bu gün Rusiya sərhədləri yaxınlığında genişmiqyaslı təlimlərə başlayır.

Rezonans.az xarici mediaya istinadən xəbər verir ki, mayın 31-nə qədər keçiriləcək təlimlərə NATO ölkələrindən 90 min hərbçi, təqribən 50 döyüş gəmisi, 80 aviatexnika, 1000-dən çox döyüş maşını cəlb ediləcək.  

Ümumilikdə təlimlər Finlandiya, Estoniya, Almaniya, Yunanıstan, Macarıstan, Latviya, Litva, Norveç, Polşa, Rumıniya, Slovakiya, İsveç və Böyük Britaniya ərazisində baş tutacaq.

Xəbəri paylaş: