Qarayeri qəsəbə sahibkarlarının 1 aylıq möhlət istəkləri

img

Samux rayonunun Qarayeri qəsəbəsində baş tutan "Açıq mikrofon" aksiyasını Gəncə RQİİ-nin rəisi və Birliyin Qazın balansı və hesabatı şöbəsinin rəis müavini giriş sözü ilə açıq elan etdikdən sonra mikrofon KOBİA nümayəndəsinə verilib. Sahibkarlara göstərilən xidmətlər haqqında məlumat verildikdən sonra növbə elə sahibkarların özünə çatıb. 


Rezonans.az xəbər verir ki, "Açıq mikrofon" aksiyasına qatılan 7 sahibkarın hər biri eyni istəklə çıxış ediblər. Sahibkarlar debitor borcun ödənilməsində hər il olduğu kimi bu il də 1 ay möhlət verilməsini xahiş ediblər. 


Birliyin məsul şəxsləri ünvanlanan istəklərin araşdırılaraq nəzərə alınacağını bildiriblər.

Xəbəri paylaş: