
Bu gün ilin ilk Ay tutulması hadisəsi baş verəcək.
Rezonans.az xəbər verir ki, təbii hadisə saat 07:29-da başlayacaq, saat 8:53-də sona çatacaq. Ay tutulmanın maksimumu saat 8:11-də qeydə alınacaq.
Təbiət hadisəsini Şimali və Cənubi Amerika, Avropa, Afrika, Asiyanın bir hissəsindən izləmək mümkün olacaq. Tutulma zamanı Ay üfüqdən aşağıda olacaq. Bu səbəbdən Ay tutulması Azərbaycanda müşahidə edilməyəcək.