Polisə bu yolla daha tez məlumat verə biləcəksiz!

img

Vətəndaşlar polis idarəsinə getmədən Daxili İşlər Nazirliyinin səlahiyyətində olan bir çox xidmətlərdən onlayn qaydada yararlana biləcək.

Rezonans.az xəbər verir ki, bunla bağlı E-Polis tətbiqi istifadəyə verilib.

Nazirliyin Mətbuat xidmətindən bildirilib ki, yeni tətbiqlə yanaşı e-xidmet.mia.gov.az portalında identifikasiya nömrəsi və ya asan login ilə qeydiyyatdan keçmək kifayətdir.

Tətbiqdə bir çox bölmələr mövcuddur. Bölmələrə keçid edərək DİN-in səlahiyyətində olan məsələlərlə bağlı informativ məlumatların əldə edilməsi, sənədlərin nəzərdən keçirilməsi və cərimələrini onlayn qaydada ödənilməsi mümkündür.

E-Polis tətbiqini App Store və ya Google play-dən yükləmək mümkündür.

Xəbəri paylaş: