Qaribaşvili hakim partiyanın sədri oldu

img

Gürcüstanın keçmiş Baş naziri İrakli Qaribaşvili ölkənin hakim “Gürcü arzusu – demokratik Gürcüstan” partiyasının sədri seçilib.

Rezonans.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bu barədə hakim partiyanın Tbilisidə keçirilən 8-ci qurultayında qərar qəbul edilib. Sözügedən qərar yekdilliklə qəbul olunub. 

Xatırladaq ki, Qaribaşvili yanvarın 29-u Baş nazir vəsifəsindən istefa verdiyini açıqlayıb. O bu vəzifəni iki dəfə - 2013-2015 və 2021-2024-cü illərdə icra edib.

Xəbəri paylaş: