Çexiya parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəldi

img

Çex Respublikası parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarova Adamovanın rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 1-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. 

Rezonans.az xəbər verir ki, hər iki ölkənin Dövlət Bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Marketa Pekarova Adamovanı Milli Məclisin Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Elnur Allahverdiyev, Çexiyanın ölkəmizdəki səfiri Milan Sedlaçek və digər rəsmi şəxslər qarşılayıblar.

Xəbəri paylaş: