Gənclər siyasəti dövlətin əsas istiqamətlərindəndir

img

Məlum olduğu kimi, bu gün Azərbaycanda yüksək vətənpərvər ruhlu gəncliyin formalaşmasında əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən Gənclər siyasəti aparıcı rol oynayır. Məhz 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışı gənc nəslin milli-vətənpərvər ruhda formalaşması, gənclər arasında sağlam həyat tərzinin təbliği və ümumiyyətlə gəncliyin inkişafı ilə bağlı bütün məsələlərə diqqətin dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilməsini təmin etdi.

        

Qeyd edək ki, Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər böyüməkdə olan gənc nəslə qayğını hər zaman önə çəkirdi. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Ümummilli Lider Heydər Əliyev gənclərimizin qarşısında tarixi bir vəzifə qoydu: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”. Bundan sonra təşkil olunan Forumlarda mütəmadi olaraq çıxış edən Ulu Öndərimizin proqram xarakterli nitqlərində gənclərin qarşısında duran vəzifələr müəyyənləşdirilmiş, gənc nəslin hərtərəfli inkişafı, problemlərinin həlli sahəsində tədbirlərin görülməsi əlaqədar təşkilatların qarşısında mühüm vəzifə kimi qoyulmuşdu. Məhz Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. 2002-ci il 9 aprel tarixində “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bu Qanun Azərbaycan Respublikasında gənclər siyasətinin məqsədlərini, prinsiplərini, istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir. Əlbəttə ki, Azərbaycan gənclərinin vətənə sədaqət ruhunda tərbiyə edilməsi məsələsi Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətlərindən biridir. Ümummilli Lider vurğulayırdı: “Azərbaycanın dövlət müstəqilliyi daimidir, əbədidir, dönməzdir, sarsılmazdır. Hər bir gənc Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək, inkişaf etdirmək, yaşatmaq üçün çalışmalıdır və öz xidmətlərini göstərməlidir.” Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu Gənclər siyasəti sayəsində Azərbaycan gəncliyi hazırda cəmiyyətin aparıcı qüvvəsinə çevrilib və ölkəmizin gələcəyi naminə inamlı addımlar atmaqdadır.

        

Onu da qeyd edək ki, bu gün ölkəmizdə gənclərin bütün sahələrdə getdikcə daha çox aparıcı mövqelərə sahib olmaları da Prezident İlham Əliyevin gələcəyə hesablanmış uğurlu strategiyasının təzahürüdür. Yeri gəlmişkən, hazırda Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən Gənclər siyasəti Azərbaycanda həyata keçirilən və bütün digər sahələri də əhatə edən ümumi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Bu gün Azərbaycan gəncliyinin ölkənin ictimai-siyasi həyatının bütün sahələrində nümayiş etdirdiyi aktiv fəaliyyəti də birbaşa dövlət Gənclər siyasətinin effektivliyinin göstəricisidir. Ölkə Prezidenti cənab İlham Əliyevin gənclərin potensialının reallaşmasına, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn əhatəli və irimiqyaslı tədbirləri dövlətimizin gələcəyə dəqiq hesablanmış siyasətinin bariz təzahürüdür. Bu siyasət gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. 

        

Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan gəncliyi onlara göstərilən dövlət qayğısını yüksək dəyərləndirir və ölkəmizin daha parlaq gələcəyinin də birbaşa Azərbaycanda Heydər Əliyev siyasi kursunun davam etməsi ilə bağlı olduğunu hər kəsdən daha yaxşı bilir. 

        

Ən əsası, əminliklə demək olar ki, bu il fevral ayının 7-də keçiriləcək seçkilərdə də Azərbaycan gəncliyi hər zaman olduğu kimi öz Prezidentinin yanında olacaq və öz səsini Yeni Azərbaycan Partiyasının namizədi QALİB XALQIN alternativsiz lideri olan İlham Heydər oğlu Əliyevə verəcək!

          

İlham Əhmədov,

YAP Göygöl rayon təşkilatı üzrə Qızılqaya qəsəbə ərazi partiya təşkilatının sədri

Xəbəri paylaş: