Qeyri-qanuni yollarla əldə edilmiş vəhşi heyvan və quş ətinin satışı və istifadəsinin qarşısının alınması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən keçirilən monitorinqlər zamanı Masallı-Lənkəran magistral yolunun kənarında ov məhsullarının satışını həyata keçirən şəxslər saxlanılıb.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov Rezonans.az-a bildirib ki, araşdırma zamanı onların Lənkəran rayonu, Şirinquyu kənd sakini Elməddin Niftullayev, Qumbaşı kənd sakinləri Emin Əliyev və Samir Musayev olduğu məlum olub.
“Faktla bağlı qanun pozucularından ümumilikdə 10 baş çöl quşu götürülüb. Hazırda monitorinqlər davam edir”.