Daha bir ölkə kosmosa gəmi göndərir

img

Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) ölkənin ilk ekipajlı kosmik gəmisini 2025-ci ilin sonuna kimi orbitə çıxarmağı planlaşdırır və ölkənin 2035-ci ilə qədər orbital stansiyası olacaq.

Rezonans.az xəbər verir ki, bu barədə ISRO-nun sədri Şridhara Paniker Somnath bildirib.

"2035-ci ilə qədər ölkədə kosmik stansiya olacaq. ISRO artıq Aydan nümunələr qəbul etmək üçün Chandrayaan-4 üzərində işləyir", - Hindistanın kosmik agentliyinin rəhbəri qeyd edib. 

Xəbəri paylaş: