Şəmkirdə odlu silahla vətəndaşa xəsarət yetirən qardaşlar elə həmin gün saxlanılıblar

Şəmkirdə odlu silahla vətəndaşa xəsarət yetirən qardaşlar elə həmin gün saxlanılıblar

Şəmkirdə odlu silahla vətəndaşa xəsarət yetirən qardaşlar elə həmin gün saxlanılıblar

Xəbər verdiyimiz kimi fevralın 2-də Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Zabil Aslonova odlu silahla xəsarət yetirməkdə şübhəli bilinən şəxslər elə həmin gün saxlanılıblar. 

DİN-in mətbuat xidmətinin regional qrupundan Rezonans.az-a verilən məlumata görə, saxlanılan Bahəddin və Babək Bayramlı qardaşlarından Bahəddin Bayramlıya məxsus avtomobildən cinayət aləti olan 1 ədəd “Kalaşnikov” markalı avtomat aşkar olunaraq götürülüb. 

Hadisə şəxsi münasibətlər zəminində baş verib. 

Şübhəli şəxslər barəsində Cinayət Məcəlləsinin müfaviq maddəsi ilə cinayət işi qaldırılıb, istintaq hərəkətləri davam etdirilir.

Xəbəri paylaş: