Rusiya FHN-in helikopteri gölə düşüb, ölənlər var

img

Rusiya Fövqəladə Hallar Nazirliyinə məxsus “Mi-8” helikopteri ölkənin subyektlərindən biri olan Kareliya Respublikasında qəzaya uğrayıb.

Rezonans.az xəbər verir ki, bu barədə məlumatı Rusiya FHN yayıb. 

Helikopterin Oneqa gölü üzərində qəzaya düşdüyü və batdığı bildirilir. İlkin məlumata görə, göyərtədə olan 3 ekipaj üzvü həlak olub.

“Mi-8”in qalıqları sahildən 11 kilometr məsafədə aşkar olunub. Bildirilir ki, həmin hissədə gölün dərinliyi 40-50 metr təşkil edir. 

Qəzanın ilkin səbəbləri olaraq ekipajın səhvi, hava şəraiti və texnikanın nasazlığı nəzərdən keçirilir.

Xəbəri paylaş: