Meşə fondu torpaqlarında növbəti əkin mövsümünə start verilib

img

Son günlər bölgələrdə hava şəraitinin əlverişli keçməsi ölkənin bir sıra meşə fondu torpaqlarında meşəbərpa tədbirlərinin aparılmasına şərait yaradıb.

Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov Rezonans.az-a bildirib ki, iqlim-hava şəraiti əlverişli keçən Şəmkir, Göygöl, Bərdə, Şabran, Ağsu, Ağcabədi, Sabirabad rayonlarının meşə fondu torpaqlarında Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşları tərəfindən növbəti əkin mövsümünə start verilib, gün ərzində ümumilikdə 9 mindən artıq ağac əkilib, 370 kiloqram toxum səpilib.

“Meşəbərpa tədbirləri zamanı hər bölgənin torpaq-iqlim şəraitinə uyğun palıd, fıstıq, vələs, ağcaqayın, qarağac, çinar, cökə, göyrüş ağacları əkilir, toxumlar səpilir. Ağacəkmə aksiyalarında Regional Meşə Təsərrüfatı Mərkəzlərinin tinglik sahələrində yetişdirilmiş əkin materiallarından istifadə olunur”.

Xəbəri paylaş: