Çilidə yanğınlar nəticəsində ölənlərin sayı 122-yə çatıb

img

Çilidə meşə yanğınlarında azı 122 nəfər ölüb.

Rezonans.az xəbər verir ki, bu barədə ölkənin Məhkəmə-Tibbi Ekspertiza Xidməti məlumat yayıb.

Məhkəmə-tibb ekspertlərinin rəyinə görə, 32 cəsədin şəxsiyyəti müəyyən edilib.

Xatırladaq ki, bundan əvvəl 112 nəfərin öldüyü bildirilirdi.

Qeyd edək ki, fevralın 2-də Çili Prezidenti Qabriel Borik yanğınlarla əlaqədar fövqəladə vəziyyət elan edilib.

Xəbəri paylaş: