Bakıda qazanxanada partlayış - Xəsarət alan var

img

Bakının Yasamal rayonunda yaşayış binasının qazanxasında partlayış baş verib.

Rezonans.az-ın məlumatına görə, hadisə İnşaatçılar prospektində qeydə alınıb.

Məlumata əsasən, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidməti cəlb edilib.

Partlayışın dalğasının təsirindən ətrafdakı minik avtomobillərə ziyan dəyib.

Partlayışda xəsarət alan bir nəfər isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş: