Türkiyədə məhkəmə binasına silahlı hücumla bağlı 34 nəfər SAXLANILDI

img

Türkiyənin İstanbul şəhərinin Çağlayan rayon məhkəməsinin binasının girişinə hücumun bəzi təfərrüatları məlum olub.

Rezonans.az xəbər verir ki, bu barədə jurnalistlərə Türkiyənin ədliyyə naziri Yılmaz Tunç məlumat verib. 

Yılmaz Tunç hadisə yerinə baxış keçirdikdən sonra bildirib ki, ədliyyəyə girən kimi şəxsiyyətlər yoxlanılır: "Terrorçu olduqları anlaşılınca D qapısından qaçaraq C qapısına gəlirlər. Burada başlayan qarşıdurmada terrorçular zərərsizləşdirilir. Hadisə ilə əlaqədar 34 nəfər saxlanılıb."
 

Xəbəri paylaş: