Ən yüksək və ən aşağı seçici fəallığı göstərən dairələr məlum oldu

img

Azərbaycanda fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərində ən yüksək və ən aşağı seçici fəallığı göstərən dairələr məlum olub.

Rezonans.az-ın xəbərinə görə, Mərkəzi Seçki Komissiyasının rəsmi saytında yerləşdirilən yekun məlumata əsasən, ən yüksək seçici fəallığı 17 saylı Yasamal üçüncü seçki dairəsində qeydə alınıb.

Bu dairədə seçici fəallığı 89,22 % olub.

Seçici fəallığının ən aşağı olduğu dairə isə 21 saylı Nəsimi-Binəqədi seçki dairəsidir. Burada seçici fəallığı 66.03 % təşkil edib.

Xəbəri paylaş: