Nadir Adilov: “2023-cü uğurlu nəticəmiz 51.4% olmuşdur - HESABAT”

img

Mediasiya Şurası 2023-cü il üzrə hesabatı açıqlayıb.

Rezonans.az xəbər verir ki, qurumun İdarə Heyətinin sədri Nadir Adilovun sözlərinə görə, sənəddə qanunvericiliyin tələblərinə uyğun olaraq, mediasiya məxfiliyinin qorunması şərti ilə mediasiya təşkilatlarında baxılan işlərin mediatorlar arasında adlı bölgüsü və eyni zamanda mediatorların və mediasiya təşkilatlarının əldə etdiyi nəticələr qeyd edilib.

2023-cü il üçün Mediasiya Şurasının uğurlu nəticəsi 51.4% olub. Eyni zamanda, hər bir mediatorun icraatında olan işlərin, əldə etdiyi barışıq sazişlərinin sayı da mediasiya təşkilatlarının və mediatorların adbaad siyahısı qaydasında təqdim edilməklə əksini tapıb.


Hesabatda həmçinin hər bir təşkilat üzrə xitam verilən və mediasiyadan imtina edilən işlərin, ilkin mediasiya sessiyasında (İMS) bir tərəfin iştirak etmədiyi işlərin və tam mediasiya sessiyasına (TMS) keçilməyən işlərin sayı, əldə edilən barışıq sazişlərinin dəqiq statistikaları üzrə göstəricilər qeyd edilib.


"Sənəd qanunvericiliyin və Mediasiya Şurasının nizamnaməsinin tələblərinə uyğun olaraq, beynəlxalq ekspertlərin rəyləri nəzərə alınaraq mediasiya təşkilatları tərəfindən təqdim edilmiş hesabat əsasında hazırlanıb",- deyə Nadir Adilov fikirlərini tamamlayıb.


Sənədlə buradan tanış olmaq mümkündür.



Xəbəri paylaş: